Bu gün yerli vaxtla saat 15:22-də Zaqatalada üçüncü zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Unikal.org-a verilən xəbərə görə, zəlzələ Zaqatala stansiyasından 14 km cənub-qərbdə, Zaqatala ərazisində baş verib.
Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
16:57
xxx
Bu gün Zaqatalada ikinci zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Unikal.org-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.