Sumqayıtda yol kənarında meyit tapılıb.
Unikal.org xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə ərazisindən keçən avtomobil yolunun kənarında təxminən 50-55 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitə keçirilən baxış zamanı onun avtomobillə vurulduğu müəyyən edilib. Piyadanı vuran şəxs hadisə yerindən yayınıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağı araşdırma aparılır.