Ağdam rayon sakini ov tüfəngini könüllü polisə təhvil verib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, aparılan profilaktiki tədbirlər nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini İ.Abdullayev mərhum atasından qalan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.