İranda ötən sutka ərzində 184 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 86 391 nəfərə yüksəlib. Halbuki öncəki sutkada 166 nəfər koronavirusdan ölüb.

Ölkədə ötən sutka ərzində 23 371nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 440 400 nəfərə çatıb. Virus daşıyıcılarından 3 963 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Halbuki öncəki sutkada 22 750 nəfər koronavirusa yoluxub.

İranda indiyədək 3 069 943 nəfər koronavirusdan sağalıb, 24,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 7,52 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5,33 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,19 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 169 rayon qırmızı və 166 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 113 rayon sarı zona hesab olunur.