"Ukrayna Rusiya raketlərini ov tüfəngi və ya pulemyotla vura bilməz. Daha çox şey lazımdır".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski yayımladığı video mesajında deyib.
O, videoda Qərbə müraciət edərək, Ukraynanın Avropanın təhlükəsizliyi üçün kritik nöqtə olduğunu bir daha vurğulayıb.
Silah dəstəyi istəyən və Mariupolu ancaq əlavə tank və təyyarələrin köməyi ilə xilas etməyin mümkün olacağını bildirən Zelenski, "Ukrayna rus raketlərini ov tüfəngi və ya pulemyotla vura bilməz. Daha çox şey lazımdır. Kifayət qədər silah olmadan Mariupolu geri almaq mümkün deyil", - deyə ifadə edib.
Gülayə Mecid