Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 200 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
"Unikal" xəbər verir ki, 6 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 218 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,4% azdır.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.