Ukraynada rus əsilli amerikalı qadın oğlunu boğaraq öldürüb.
"Unikal"ın "NBC News"a istinadən verdiyi xəbərə görə, 41 yaşlı Natalia Hitçkok martın 30-da səkkiz yaşlı oğlunu boğaraq öldqrüb, həmçinin, 11 yaşlı uşağını hamamda boğmağa cəhd edib, bundan sonra o, özünü bıçaqlayıb.
Natalianın sözlərinə görə, o, Rusiya hakimiyyət orqanlarının və ya qaranlıq şəbəkədəki insanların uşaqlarını ondan alacaqlarını düşünür. Bundan əlavə, o, ətrafdakıların "ona rus casusu kimi qəribə baxmağa başladığını" iddia edbi.
Hadisəyə şahid olan müttəhimin əri müstəntiqlərə bildirib ki, həyat yoldaşı Ukrayna ilə bağlı çoxlu xəbərlərə baxıb və yəqin ki, bu, onun psixi sağlamlığına təsir edib. Bundan əlavə, o, valideynlərini ziyarət etmək üçün Rusiyaya bilet ala bilməyib, içməyə başladı və bir anda silah almağa qərar verib.
41 yaşlı qadın birinci dərəcəli qətl və birinci dərəcəli adam öldürməyə cəhddə ittiham olunub. O, məhkəmə zalından çıxarılarkən peşman olduğunu və nə baş verdiyini anlamadığını bildirib.
Ağarza Elçinoğlu