Ukrayna prezidenti Volodomir Zelenski Rusiya ordusunun Buçadan sonra taktikasını dəyişdiyini və işğal etdikləri ərazilərdə cinayətlərinin sübutunu məhv etməyə çalışdığını bildirib.
"Unikal" xəbər verir ki, Ukrayna lideri bununla bağlı video paylaşıb.
Rusiyaya qarşı sanksiyaları bir daha artırmağa çağıran Zelenski, sanksiya qərarlarının mükəmməl göründüyünü, lakin kafi olmadığını və Rusiyanın beynəlxalq maliyyə sistemindən tamamilə kənarlaşdırılmasında israr etməyə davam edəcəyini bildirib.
"Demokratik dünya Rusiya neftindən imtina etməlidir" deyən Zelenski, "neft embarqosundan qaçmaq ukraynalıların həyatı bahasına başa gəlir" deyib.
Gülayə Mecid