Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında Rusiyanın Buça və Ukraynanın digər şəhərlərinə hücumuna etiraz edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər Buçada edam edilən mülki şəxslər kimi əlləri arxaya bağlı halda parlament binasının qarşısında yerə uzanıblar.
Gürcülərin bu etirazı sosial mediada müsbət qarşılanıb.