Cənubi Koreyada son üç ayda ilk dəfə olaraq COVID-19-a yoluxanların sayı 100 mini keçib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, son sutka ərzində ölkədə 100 285 nəfər COVID-19-a yoluxub, 25 nəfər ölüb.
Bu, aprelin 20-dən bəri ən yüksək COVID-19-a yoluxma hadisəsidir. Həmin vaxtda sutkada 111 291 yeni xəstəliyə yoluxma halı qeydə alınıb.
Cənubi Koreyada halların sayının artması "omikron" ştammının BA.5 subvariantının yayılması ilə əladəndirirlər.