Çeçenistan rəhbəri Ramzan Kadırovun köməkçisi, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinova qarşı sui-qəsd cəhdi olub.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, Apti Alaudinova fevralın 8-i zəhərli maddəyə bulaşdırılmış zərf göndərilib.
Alaudinov zərfin zəhərli olduğunu anlayıb və vaxtında tədbir görüb. Komandirin vəziyyətinin yaxşı olduğu bildirilir.