Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi zəlzələdən təsirlənən 13 vilayətdə 236 min 410 binada qiymətləndirmələr aparıb.
"Unikal" xəbər verir ki, araşdırmalar çərçivəsində 33 min 143 binanın ağır şəkildə zədələndiyi və təcili sökülməyə ehtiyacı olduğu müəyyən edilib.
Nazirlik tərəfindən Kayseri, Niğde və Kilis də daxil olmaqla 13 vilayətdə zərər qiymətləndirmə işlərinə davam edilir.