ABŞ Ukraynaya 10 milyard dollarlıq yeni yardım paketi hazırlayır.
"Unikal" xəbər verir ki, Bayden administrasiyası gələn həftə müharibənin ildönümü ilə bağlı ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini nümayiş etdirməyə yönəlmiş bir sıra bəyanatlar hazırlayır.
Buraya Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya yardım üçün 10 milyard dollarlıq paket daxildir. 10 milyard Ukrayna hökumətinə birbaşa büdcə yardımı olacaq.