Hazırda Baş nazir Fitsonun olduğu helikopter Banska-Bistritsa şəhər xəstəxanasına çatıb. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 3 güllə yarası alan siyasətçinin vəziyyətinin son dərəcə ağır olduğu deyilir. 

***17:41

Slovakiyanın baş naziri Robert Fitsonun sui-qəsd cəhdindən sonra vəziyyəti ağır olaraq qiymətləndirilir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi mədəsindən, əzalarından və döş qəfəsindən yaralanıb.

***17:12

Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binada atışma olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  insident zamanı baş nazir Robert Fitso hökumətin iclasında açılan atəş nəticəsində yaralanıb. O, xəstəxanaya aparılıb. 

Hücum edən şəxs saxlanılıb. Hadisənin motivləri açıqlanmayıb. 

Gülayə Mecid