Gəncədə yük maşınının iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. Xanım sürücünün idarə etdiyi "Hyundai" "Mercedes" və "AVİA" markalı yük maşını toqquşub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.

Məlumata görə, qəzaya avtomobillərdən biri ötmə əməliyyatının düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov