Ucarda yük maşını kombaynla toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Küçəkənd kəndi ərazisində baş verib.

Kamaz markalı yük maşınının ot bağlayan kombayınla toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1961-ci il təvəllüdlü Bərgüşad kənd sakini Dursunalıiyev Qnyaz İlyas oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov