"Mən də həyatın "kukla"sıyam. Qarşımda olan insanlara, hadisələrə görə özümü "kukla"ya çevirməyi bacarmışam. Buna məcburam". 

"Unikal" xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan İTV-də qonaq olan zaman deyib. Müğənni özünü və insanları "kukla"ya bənzədib:

"Həyat şahmat oyununa bənzəyir. İnsanları da "kukla"ya bənzədirəm. Bir də görürəm insan "kukla" kimi qarşımda dəyişdi. İnsanları çevirməyi bacarıram".