Ermənistanın xarici borcu 12 milyard dolları keçib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Artur Xaçatryan bildirib. 

Onun sözlərinə görə, bu, iyunun 1-nə olan dövlət borcudur: "Ermənistan hökumətinin yorulmaz və xalqa xilaskar fəaliyyəti nəticəsində Ermənistan Respublikasının dövlət borcu iyunun 1-nə 12 milyard dollar həddini keçib. Əhalinin sayına bölsək, hər birimizin 4000 dollardan çox borcumuz var". 

Ağarza Elçinoğlu