Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Armavir vilayətinə gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Paşinyan "Facebook" səhifəsində yazıb.

"2023-cü ildə həyata keçirilən və icrası davam edən proqramlarla tanış olmaq üçün Armavir vilayətində oldum. İlk dayanacaq Parakar kəndinədir", - deyə o bildirib. 

***10:15

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə yenidən sərhədyanı Tavuş bölgəsinə getməyə hazırlaşır. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Onun Tavuş bölgəsinə sonuncu səfəri iyulun 6-da olub və bu səfər zamanı baş nazir demarkasiya olunmuş Kirants kəndinə gedib.

Məlumata görə, Paşinyan bu dəfə yerli sakinlərlə görüşmək üçün yenidən Tavuşa getməyi planlaşdırır. Baş nazirin gündəliyində Armavirə səfər də var.

Qeyd edək ki, Armavir həm də Türkiyə ilə həmsərhəddir. 

Ağarza Elçinoğlu