İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz qoşunlarının Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib.

"Unikal" xəbər verir ki, İsrailin "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb. 

KİV-in məlumatına görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar.

Qeyd olunur ki, Gürcüstan və Azərbaycan İranla yanaşı yerləşir, onların ərazisində iranlılar yaşayır, Azərbaycanın İslam Respublikası ilə ümumi sərhədi var.

Gülayə Mecid