Xəbər verdiyimiz kimi, Volqoqrad vilayətində məhbuslar həbsxananı ələ keçirib. Həbsxana rəisi və digər dörd nəfər öldürülüb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhbuslar tələblər irəli sürüblər - helikopter və iki milyon dollar.

Bildirilir ki, onlar helikopterin həbsxana ərazisinə endirilməsini və tələb etdikləri pulun göyərtədə olmasını tələb edib. Cinayətkarlar helikopterin təqib ediləcəyi təqdirdə girovları öldürəcəklərini açıqlayıblar. 

Ağarza Elçinoğlu