Gəncədə bıçaqlanma olub.

"Unikal"ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Dubay bazar"ı adlanan ərazisində qeydə alınıb. Belə ki, bazarda iki nəfərin arasında mübahisə düşüb. Mübahisə zamanı şəhər sakini - 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, A.Məmmədovu tanıdığı şəxs bıçaqlayıb.