Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın operativ qurumları məlumat yayıb.

 ***11:46

Avqustun 31-i Rusiyanın Kamçatka vilayətində yoxa çıxan helikopterin qalıqları tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***09:39

Rusiyaya məxsus Mi-8T helikopteri Kamçatkada yoxa çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vaçkajest vulkanı yaxınlığından havaya qalxan helikopter təyin olunmuş vaxtda xəbər verməyib.

Helikopterdə 3 ekipaj üzvü və 19 sərnişinin olduğu açıqlanıb.

Fövqəladə Hallar Nazirliyi bölgədə sıx duman səbəbindən axtarış-xilasetmə işlərinin dayandırıldığını bildirib.

Zərifə Nağıyeva