Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə Suriyadakı son vəziyyəti müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
XİN rəhbəri regiondakı bütün oyunçuları konstruktiv rol oynamağa çağırıb.
"Dekabrın 6-da Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı Suriyadakı son hadisələr müzakirə olunub. Fidan əvvəlki səhvləri təkrarlamamağı, Dəməşqin realist davranmalı, müxalifətlə dialoqa başlamalı və siyasi prosesə başlamalı olduğunu vurğulayıb", - məlumatda deyilir.
Ağarza Elçinoğlu