Rusiya universitetləri yeni ali təhsil sisteminə keçəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 2026-cı ildən Rusiyada “bakalavr” anlayışı yox olacaq. Əvəzində ali təhsilin iki səviyyəsi olacaq: əsas və ixtisas. Magistratura isə qalacaq.
"2026-cı il sentyabrın 1-dən bütün Rusiya universitetlərinin yenilənmiş ali təhsil sisteminə keçidi planlaşdırılır. Göstərilən tarixə qədər Rusiya Təhsil və Elm Nazirliyi müvafiq normativ hüquqi aktları hazırlayıb təsdiq edəcək", - məlumatda deyilir.
Nazirlik həmçinin qeyd edib ki, hazırda mövcud təhsil proqramları üzrə qeydiyyatdan keçən tələbələr daxil olduqları proqramı başa vura biləcəklər.
Ağarza Elçinoğlu