Əsgəranda baş verən ağır qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, xəsarət alan sürücü 1977-ci il təvəllüdlü Qazax rayon sakini Sədi İsmayılovdur.
Faktla bağlı araşdırma aparılır.
Murad İbrahimli
***
10:25
Xocalı rayonunun Əsgərən qəsəbəsi ərazisində yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, "Körpü Bina Tikinti" MMC-yə məxsus "Shacman" markalı yük maşını idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb. Qəza nəticəsində sürücü xəsarətlər alıb, avtomobil yararsız hala düşüb. O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.