Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.

"Unikal" xəbər verir ki, aidiyyəti qurumların gördüyü tədbirlər nəticəsində yolun hər iki istiqamətdə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Hazırda yolda avtomobillərin gediş-gəlişi normal qaydada davam edir.

XXX

13:45

Ələt-Astara magistralında ağır tonajlı yük avtomobili aşıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında qeydə alınıb.
Dağıstan Respublikasına aid olan "TIR" markalı yük avtomobili Astara istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.
Polis əməkdaşları tərəfindən sürücülərin alternativ yolla hərəkəti istiqamətləndirilir.

Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırdı.

Faktla bağlı araşdırma aparılır.