İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu AFAD operativ qərargahında məlumat verib.
Onun sözlərinə görə, yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib:
“Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Onlardan 173-ü birbaşa İstanbuldadır”.
XXX
17:01
İstanbul Valiliyi 6,2 bal gücündə zəlzələdə xəsarət alanlarla bağlı açıqlama yayıb.
"Unikal" xəbər verir ki, zəlzələ zamanı 151 nəfər müxtəlif dərəcəli xəsarət alıblar. Onlar xəstəxanalara yerləşdiriliblər.
Onların zəlzələ zamanı panika nəticəsində hündürlükdən tullanaraq yaralandıqları qeyd olunub.
***14:46
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ zamanı bir nəfər balkondan tullanaraq xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd olunub ki, hadisə Bahçelievlerdə baş verib.
Ağarza Elçinoğlu