Ukraynanın Vinnitsa vilayətində silah anbarı partlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb,  28 min nəfər evakuasiya edilib.

Hadisənin təxribat olduğu ehtimal edilir. Partlayış nəticəsində anbarda olan raketlər səmada uçuşmağa başlayıb. Müxtəlif istiqamətdə hərəkət edən mərmilər ətrafda yaşayan insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Vəziyyətlə əlaqədar dərhal təcili təxliyə tədbirləri görülüb.