Qiyas İbrahimova qarşı əlavə ittiham irəli sürülüb.
 
Unikal.org-un apa-ya istinadən məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, Q. İbrahimov Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsizlik etmə) ilə təqsirli bilinir.   
 
Bundan başqa, Q, İbrahimovun atası Həsən İbrahimov barəsində də eyni maddə ilə cinayət işi başlanıb.
 
Hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb olunub.
 
Vəkil bildirb ki, qeyd olunan cinayət işi üzrə istintaqın növbəti həftə bitəcəyi gözlənilir.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Q. İbrahimov apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyib.
 
O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.