Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış baş verib.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 6 dinc sakin ölüb, 30 nəfər yaralanıb.

Polisin məlumatına görə insanlar məsciddən cümə namazından çıxan zaman partlayış baş verib. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.