Azərbaycan çempionu "Qarabağ bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Unikal.org xəbər verir ki, təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu "Olimpiyanı bu dəfə doğma meydanda sınağa çəkəcək.

Qurban Qurbanovun çalışdırdığı Ağdam klubuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edir. Lakin ümid edək ki, komandamız yeni mövsümdə doğma azarkeşləri önündə keçirəcəyi ilk matçında da qələbə qazanmağı bacaracaq.

Qeyd edək ki, bu cütün qalibini ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın "Kukesi klubu ilə mübarizə gözləyir.

UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

18 iyul

21:00. Qarabağ - Olimpiya
Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Kasapu, David Fuxman (hamısı İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.