Yeni mövsümə hazırlaşan “Sabah” komandasında əcnəbi məşqçi təyinatı olub.
Klubun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Pavel Sirenko Elşad Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusuna daxil edilib. Ukraynalı mütəxəssis fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Gənc məşqçi Aleksandr Qross isə komandada köməkçi məşqçi işini görəcək.
Qeyd edək ki, ötən mövsüm “Sabah”ın futbolçularının fiziki hazırlığına Milovan Matiyaseviç cavabdeh olub. Onunla müqavilənin müddəti uzadılmayıb.