BMT-nin baş katibi Rusiyanın hərbi cinayətlərdə ittiham olunmasından sonra Ukraynada dinc əhalinin ölümü ilə bağlı müstəqil təhqiqatın aparılmasına çağırıb.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, rusların geri çəkilməsindən sonra Ukrayna qüvvələri paytaxt Kiyevə yaxın ərazilərə yenidən daxil olarkən, Buça şəhərində yüzlərlə cəsəd və kütləvi məzarlıq tapdıqlarını bildiriblər.
BBC ətraf ərazilərdə və küçələrdə, əlləri və ayaqları bağlı olan mülki şəxslərin güllələnmiş cəsədlərini lentə alıb. Lakin Rusiya mülki qətllərin görüntülərinin ''saxta'' olduğunu bildirir.
BBC müxbiri Jeremy Boouen Kiyevin kənarında rus əsgərləri tərəfindən öldürüldükdən sonra öz oğlunu dəfn etməli olan mərhum ana ilə görüşüb.
Reportajda görünür ki, qadın oğlunu qəbirstanlıqda dəfn edə bilmir. Əksər ukraynalılar müharibədən dolayı öz yaxınlarını qəbirstanlıqda xristian dini mənsəbinə uyğun dəfn edə bilmədiyi üçün həyətlərdə torpağa tapşırırlar.
Aynurə Xudaverdiyeva