Böyük Britaniya Ukraynaya raket və kamikadze dronlarla hücumlara görə Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb. 

"Böyük Britaniya Ukraynanı dəstəkləyir. Rusiya hərbçilərinin Ukrayna şəhərlərinə və dinc sakinlərə hücumları cavabsız qalmayacaq. Öz xalqından dəyişiklik çağırışları ilə getdikcə daha çox təcrid olunan İran rejimi sağ qalmaq üçün çıxılmaz bir cəhdlə Putinlə sövdələşmələr bağlayır. Putin Ukraynanın ruhunu sındırmaq istəyir, amma buna nail olmayacaq. Ukrayna qalib gələcək və yenidən quracaq”, - xarici işlər naziri Ceyms Kleverli bildirib.

***15:59

Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin komandanlığına daxil olan 10 general və 2 polkovnikə sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, Rusiya qanadlı raketlərinin proqramlaşdırılması və hədəflənməsinə cavabdeh olan bölmənin komandiri kimi tanınan general-mayor Robert Baranov da sanksiya siyahısına düşənlər arasındadır.

Bildirilib ki, rəsmi London Rusiyaya PUA tədarük etməkdə ittiham etdiyi İran sahibkarlarına və məmurlarına da qarşı sanksiya tətbiq edəcək.

Gülayə Mecid