Avropa İttifaqı ölkələri Bosniya və Herseqovinaya quruma üzv olmaq üçün namizəd ölkə statusu verməyə razılaşıblar.
"Unikal" xəbər verir ki, bu barədə “Frans Press”ə diplomatik mənbədən bildirilib.
Qeyd olunub ki, bu barədə Aİ ölkələrinin xarici işlər nazirləri bu gün, dekabrın 13-də qərar qəbul ediblər.
Xatırladaq ki, bundan əvvəl Aİ liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək sammitində Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizəd ölkə statusu verə biləcəyi barədə məlumat yayılmışdı.