Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri gün ərzində 2 idarəetmə məntəqəsini və Rusiyanın şəxsi heyətinin cəmləşdiyi 4 ərazini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının brifinqi zamanı qeyd olunub.

"Luqansk vilayətinin Novoaidar yaxınlığında Ukrayna Silahlı Qüvvələri 15 rus əsgərini məhv edib, Zaporojjya vilayətində isə 100-ə yaxın işğalçı yaralanıb. Sursat anbarı məhv edilib", - məlumatda deyilir.

Ağarza Elçinoğlu