ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 50 baza bəndi - 4,25-4.50 %-dək artırıb.
"Unikal" xəbər verir ki, bu barədə FED-in saytında məlumat verilib.
Bildirilir ki, komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.
Qeyd edək ki, FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.