Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın müşayiəti ilə Yeni il ərəfəsində Ermənistan ordusunun hərbi mövqelərinə baş çəkib.

"Unikal" xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilir ki, Paşinyan hərbi mövqelərdə döyüş növbətçiliyi aparan əsgər və komandirlərlə görüşüb, hərbi hissələrə baş çəkib, cəbhə xəttində aparılan mühəndis işləri, əsgərlərin xidmət və məişət şəraiti ilə tanış olub.