2022-ci ilin fevralından Ukraynada münaqişə nəticəsində həlak olan mülki şəxslərin sayı 9 mindən çoxdur.
"Unikal" xəbər verir ki, BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo cümə günü BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı iclasında bildirib.
"Rəqəmlər belədir: 9083 nəfər həlak olub, o cümlədən 530 uşaq, 15779 nəfər yaralanıb. Son brifinqimdən bəri təsdiqlənmiş mülki şəxslərin sayı 2131 nəfər olub. Real rəqəmlər çox güman ki, daha çoxdur".