Rospotrebnadzorun rəhbəri Anna Popova bölgələrə taun xəstəliyinin qarşısının alınması üçün tədbirlərə hazır olmağı tövsiyə edib .
"Unikal" xəbər verir ki, idarə bəyanatında icra hakimiyyətlərini və tibb müəssisələrini “taun xəstəliyinin yaranması və yayılmasının qarşısının alınmasına” yönəlmiş tədbirlər görməyə çağırır.
Bundan əvvəl Primorsk diyarı hökuməti "Rusaqro-Primorye" donuz fermasında Afrika donuz taunu (ASF) ikinci epidemiyasının aşkar edildiyi barədə məlumat vermişdi .
Qeyd olunur ki, virus Pervomayskoye kəndindəki “Leninski-1” donuzçuluq kompleksinin ərazisində heyvanlardan götürülmüş nümunələrdə aşkar edilib.