Qusarda yük maşını minik avtomobili ilə  toqquşub, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

"Unikal"ın məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "Tiktok" platforması üçün video çəkən rayon sakini 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib. 

O, video çəkən zaman "VAZ 2107" markalı minik avtomobili ilə  qəfil əks zolağa manevr etdiyindən 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Albert Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. 

Xanlar Qaraca