Oğuz rayonunda üstünə ağac düşən Fuad Bayramov ölüb.

"Unikal" xəbər verir ki, hadisə F.Bayramov meşəlik ərazidə iri gövdəli ağacı kəsərkən baş verib.

***13:02

Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.

O, aldığı xəsarətlərdən komaya düşərək Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli