Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***13:49

Cəlilabad sakini ehtiyatsızlıqdan həyətdəki su quyusuna düşüb, xilasetmə əməliyyatı aparılır.

"Unikal" xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini olan qadın təxminən 15 metr dərinliyi olan su quyusuna düşüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunublar.