Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, hələlik matçda hesab açılmayıb.

XXX

20:59

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn "Zirə” və Kiprin "Omoniya" komandaları arasında görüşdə ilk hissə başa çatıb.

"Unikal" xəbər verir ki, “Liv Bona Dea Arena”da oynanılan qarşılaşmada tərəflər fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Görüşü latviyalı FIFA referisi Vitali Spasennikov idarə edir.

Komandalar arasında ilk matç rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XXX

20:03

Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Unikal" xəbər verir ki, qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir.

Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.

XXX

18:55

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək "Zirə" və Kiprin "Omoniya" klublarının start heyətləri bəlli olub.

"Unikal" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

“Zirə”: Tiaqo Silva, Məqsəd İsayev, Ruan Renato, Ange Mutsinzi, Qismət Alıyev, Rüstəm Əhmədzadə, Pyer Zebli, Eldar Quliyev, Rafael Utziq, David Volkov, Salifu Suma.

“Omoniya”: Fabiano, Alfa Dionku, Senu Kulibali, Amin Xammas, Filip Helander, Evandro, Mateo Mariç, Novika Erakoviç, Velko Simiç, Andronikos Kokulli, Omar Atzili.

Qeyd edək ki, bu gün "Liv Bona Dea Arena"da təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq. Tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib