Oğuzda 53 yaşlı kişi çayda boğulub

"Unikal" xəbər verir ki, hadisə Oğuz şəhəri ərazisindən keçən Əlicançay çayında baş verib.

Rayon sakini 1971-ci il təvəllüdlü Teymur Əmrah oğlu Budaqov istirahət etmək məqsədilə çay sahilə gedib. O, çay kənarında yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərinləmək üçün çayda çimmək qərarına gəlib.

53 yaşlı T. Budaqov spirtli içkinin təsiri altında çayda çimərkən boğularaq ölüb.

Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli