Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobilin dərəyə aşması nəticəsində 1979-cu il təvəllüdlü, Xaçmaz rayon sakini Orucov Şamil Zehyəddin oğlu ölüb.
"Unikal"ın məlumatına görə, qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəza nəticəsində dünyasını dəyişən şəxs - Şamil Orucov Xaçmazda tanınan iş adamıdır. O, Xaçmazda yerləşən "Daş bazarı və "Mal bazarı" kimi tanınan bazarın sahibidir.
Qəzanın görüntüsünü təqdim edirik:
Xanlar Qaraca