Fevralın 22-də Bərdə rayonu Cəyirli kəndi ərazisində baş verən qəzada yaralanan şəxslərdən biri ölüb.
"Unikal"ın məlumatına görə, qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Elmir Allahverdiyev ötən gün müalicə aldığı xəstəxanada həyatını itirib.
Digər yaralı 1999-cu il təvəllüdlü Davud İsgəndərovun müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, hadisə nəticəsində sürücü 2003-cü il təvəllüdlü Binnət İsgəndərov ölüb. Yaralanan Davud İsgəndərov onun qardaşıdır. Onlar Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin üzvləridir.
Anar Kəlbiyev
Fotoda: Binnət İsgəndərov