Kiyev "Dinamosunu "Şaxtyora dəyişən Junior Moraes bu addımına göstərilən münasibətdən danışıb.
Unikal.org xəbər verir ki, Moraes buna görə həddindən artıq tənqid olunduğunu bildirib. O, azarkeşlər tərəfindən ağır qarğışlara tuş gəldiyini də vurğulayıb:
"Sosial şəbəkədə bir azarkeş mənə xeyli pis şeylər yazdı. Hətta yazdı ki, sənin xərçəngdən ölməyini istəyirəm. Onun şəkillərinə baxdım və gördüm ki, ailəsi var. Yazdım ki, sənin də ailən varsa, belə sözləri necə yaza bilirsən? Ona "Dinamonu niyə tərk etdiyimi başa saldım. Xoşbəxtlikdən, o, səhvini başa düşdü və üzr istədi.
Bu hadisədən sonra başa düşdüm ki, fanatlar olduqca emosional insanlardır. Onlar bir məsələyə münasibət bildirərkən, əsl həqiqətin necə olduğunu bilmirlər.