Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Əfqanıstanın paytaxtı Kabilə səfər edib.
Unikal.org "Tolo News"a istinadən xəbər verir ki, səfər çərçivəsində Qebreyesusun "Taliban" nümayəndələri ilə görüşəcəyi vurğulanıb.
Əsas müzakirə mövzusunun Dünya Bankının Əfqanıstan səhiyyəsinə ayırdığı yardımın dayandırılmasının qarşısının alınması olacağı bildirilib.